Bakıda yaşayış binasında yanğın 

16:34 13.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə hafta.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.